Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlarımız
14 sentyabr 2026 | 15:24
Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmrinə əsasən yüksək akademik göstəriciləri, nümunəvi davranışı və təhsildə qazandığı uğurlara görə rayonun Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu Əmrahov Vüsal Şaiq oğlu qızıl və K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin məzunu Həsənzadə Fərid İsmayıl oğlu isə gümüş nişanla təltif olunublar.
Məzunlarımızı təbrik edir və uğurlar arzulayırıq.






