Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsildən yayınma hallarının qarşısının alınması və davamlı təhsil hüququnun təmin edilməsi məqsədilə ümumtəhsil məktəblərində görüşlər təşkil edilib

21 aprel 2026 | 15:14

  21 aprel 2026-cı il tarixdə təhsildən yayınma hallarının qarşısının alınması və davamlı təhsil hüququnun təmin edilməsi məqsədilə  ümumtəhsil məktəblərində görüşlər təşkil edilib.

Aparatın və Təhsil sektorunun əməkdaşlarınin birgə iştirakı ilə  təşkil edilmiş görüşlərin məqsədi uşaqları təhsildən yayındırmağa sövq edən halların aradan qaldırılması və davamiyyətin yüksəldlməsidir. Görüş çərçivəsində şagirdlərlə söhbət aparılıb, sinif  jurnallarına baxış keçirilib, müəllimlərlə  və psixoloqlarla geniş fikir mübadiləsi edilib.

Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın üzvləri  uşaqların təhsildən yayınması, erkən nikah, əməyə cəlb olunma ilə bağlı mütəmadi olaraq məktəblərlə, müəllimlərlə, psixoloqlarla bu istiqmətdə tədbirlərin həyata keçirilməsini  zəruri hesab edir və diqqət mərkəzində saxlayır.  

Keçidlər