Təhsil müəssisələrində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı maarifləndirmə tədbirləri davam edir
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2 bəndinin icrası məqsədilə təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər davam edir. Tədbirlərdə rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun məsul əməkdaşları, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və təhsil işçiləri iştirak edirlər.
Çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən, korrupsiyanın qarşısının alınması məqsədlə rayonda görülən işlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiya bütün dünya ölkələrində olduğu kimi ölkəmizdə də aktual problemlərdən biri olaraq bu gün də qalır. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində saxlanılır. İnsanların sosial rifahının və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sistemi gücləndirilir. Natiqlər dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.