Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl biçini davam edir

19 iyun 2026 | 15:38

    Cəbrayıl rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. 03 iyun tarixindən rayonda taxıl biçininə start verilib. Hazırda 1066 hektar sahədə biçin aparılıb. Aparılan biçinin 1021 hektarı arpa, 45 hektarı isə buğdadır. Biçilmiş sahələrdən 3522 ton məhsul yığılıb.
    Düzgün aparılmış aqrotexniki qulluq, gübrələrdən istifadə, alaq otlarına və ziyanvericilərə qarşı vaxtında aparılan müabrizə nəticəsində bu il rayonda məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Taxıl biçininə 5 kombayn cəlb edilib. Biçin davam edir.

Keçidlər