Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib

03 mart 2023 | 12:38

    02 mart 2023-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar rayonun Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin baş məsləhətçiləri Rövşən Ağayev, Əhliyət Adıgözəlov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Cəbrayıl rayon sektorunun müdiri Zamiq Qurbanov iştirak ediblər.
    Tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün Hüseynova açaraq Ulu öndərin həyatı, hakimiyyətə gəlişi, fəaliyyəti haqqında ətraflı, dolğun məlumat verdi. Çıxış edən natiqlər Ümummilli Lider haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbir məktəblilərin ifasında vətənimiz Azərbaycana, Ümummilli lider Heydər Əliyevə, onun Vətən sevgisinə həsr olunmuş şerlərlə davam etdirildi. Dünya səviyyəsində tanınmış şəxsiyyət olan Ulu öndər barəsində dahi, tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri çox maraqlı fikirlər, eyni zamanda H.Əliyevin özünün tarixə düşmüş qızıl kəlamları, nəsihətamiz sözləri səsləndirildi. Dahi rəhbərin həyatından, fəaliyyətindən bəhs edən videoçarx təqdim olundu. İfa olunan “Bayatı şiraz” muğamı, “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısı iştirakçılarda həzin, kövrək hisslər doğurdu. İbtidai sinif şagirdləri “Biz gənc      Heydərçilərik” şüarı altında xalqın bu vətənpərvər oğlunun hər sahədə davamçısı olacağını fəxrlə, iftixar hissi ilə qeyd etdilər. Üçrəngli bayrağımıza həsr olunmuş rəqs ifa olundu. Şagirdlər ümummilli liderin müxtəlif sahələrdə - ordu quruculuğu, təhsil, mədəniyyət, gənclərə qayğı, hüquq, iqtisadiyyat, daxili və xarici siyasət və s sahələrlə bağlı atdığı ən mühüm, önəmli addımları diqqətə çatdırdılar. Sonda müstəqilliyimizə həsr olunmuş kompozisiya təqdim olundu və üçrəngli Azərbaycan bayrağı səhnədə qürurla dalğalandırıldı.

Keçidlər