“Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunmuşdur
25 avqust 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq rejissor Cavidan Şərifovun “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunmuşdur.
Rayon gənclərinin iştirak etdiyi filmin nümayişi Biləsuvar rayon 6 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl Mərkəzi Rayon Kitabxanasında baş tutmuşdur.
Məlumat üçün bildirək ki, Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” filmi - Müasir hərb tarixinin ən parlaq səhifələrindən olan “Şuşa əməliyyatı”ndan bəhs edir. Filmdə “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.