Şriftin ölçüsü :

Saytın rəngi :

Süleymanov Abdulla Telman oğlu

28 iyun 2022 | 14:53

    Şəhid leytenant Süleymanov Abdulla Telman oğlu 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan Abdulla 2005-ci ildə M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə Aşıq Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbini bitirib. Orta təhsilini tamamladıqdan sonra Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub, 2020-ci ildə həmin akademiyada Aviasiya ixtisası üzrə təhsilini başa vurub. Təhsilini tamamladıqdan sonra Səngəçalda yerləşən hərbi hissədə leytenant kimi fəaliyyətə başlayıb. 44 günlük Vətən müharibəsində Qubadlı və Zəngilanın rayonlarının azad olunması uğrunda döyüşlərdə fəal iştirak etmiş, xidmətlərinə görə diplomla təltif edilmişdir. 30 noyabr 2021-ci il tarixdə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Bakı şəhəri ikinci Fəxri Xiyabanda dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  ölümündən sonra Süleymanov Abdulla Telman oğlu “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

 

Keçidlər