Şükürbəyli kənd sakinləri doğma yurdlarına qayıdırlar
25 iyun 2026 | 09:51
“Böyük Qayıdış” Dövlət Proqramına əsasən 25 iyun 2026-cı il tarixdə Bakı şəhərindən 6 ailə 26 sakin və Sumqayıt şəhərindən 1 ailə 2 sakin olmaqla ümumillikdə 7 ailə 28 sakin növbəti köç karvanında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınıb.
Xatırladaq ki, bu günədək Cəbrayıl rayonunun Şükürbəyli kəndinə Respublikamızın müxtəlf bölgələrində məskunlaşmış 468 ailə, 2031 rayon sakini köçürülüb.






