Şriftin ölçüsü :

Saytın rəngi :

"Su həyatdır!" mövzusunda maarifləndirici tədbir keçirilmişdir

16 mart 2023 | 15:06

   15 mart 2023-cü il tarixdə Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbində "Su həyatdır!" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Su ehtiyyatlarından səmərəli istifadə edilməsinin təşviqi məqsədi ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edənlər suyun insan həyatındakı rolu, su ehtiyatlarının azalmasının gətirdiyi fəsadlar və suya qənaətin vacibliyini diqqətə çatdırıb, şagirdlərə evdə və məktəbdə su ehtiyyatlarından səmərəli istifadə edilməsi, artıq su israfına yol verilməməsini tövsiyə ediblər.

     Tədbirin sonunda iştirakçılara mövzuya dair rəsm və video-çarx nümayiş etdirilmişdir.

Keçidlər