Şirvan şəhərində səyyar görüş-qəbul keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 06 mart 2025-ci il tarixdə Şirvan şəhəri, məcburi köçkünlər üçün salınmış şəhərcikdə rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının əməkdaşları, rayon sakinləri iştirak ediblər.
İcra başçısı səyyar qəbulda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən və əhalinin rayona qayıdışından söhbət açıb. Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həll etməkdən ibarətdir.
Səyyar qəbulda sakinlərin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində rayon rəhbəri tərəfindən müvafiq tapşırıqlar verilib.