Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində məskunlaşan rayon sakinləri ilə səyyar görüş keçirilmişdir

20 oktyabr 2022 | 16:59

   Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə 20 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərcik klubunda rayon sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatın məsul işçiləri və rayon sakinləri iştirak ediblər.
    Rayon rəhbəri əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə rayon sakinlərinə ətraflı məlumat verib. İcra Başçısı regionların sosial-iqtisadi inkişafından, bölgələrdə, qəsəbə və kəndlərdə sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən söz açaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunan ərazilərimizə səfərlərini, sakinlərin artıq bərpa olunmuş, minalardan təmizlənmiş bəzi ərazilərə köçürülməsini də rayon sakinlərinin diqqətinə çatdırıb.
    Daha sonra qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müraciət olunması üçün icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.
    Rayon sakinləri İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbuldan məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər