Növbəti səyyar qəbul Hacıqabul rayonu, Qızılburun yaşayış massivində salınmış köçkün qəsəbəsində keçirilib
17 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Hacıqabul rayonu, Qızılburun yaşayış massivində salınmış köçkün qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, qəsəbədə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Qəbulda İcra Başçısı çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən problemlərin yerində araşdırılması və qaldırılan məsələlərin həllinə nail olunmasıdır. Rayon rəhbəri cənab Prezident İlham Əliyevin xarici səfərlərindən, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də qəsəbə sakinlərinə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb. Qəsəbə sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.






