Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

05 sentyabr 2022 | 11:23

04 sentyabr 2022-ci il tarixdə rayonun 8 saylı tam orta məktəbində Xudafərin Gənclərin İnkişafı Hərəkatının, rayon Gənclər və İdman idarəsinin, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 11 Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən məktəblərin 8-16 yaş şagirdləri arasında Şəhidlərimizin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. 

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov iştirak edib. K.Həsənov  çıxış edərək şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu, onlara həsr olunmuş tədbirlərin bundan sonra da keçirilməsinin daim diqqət mərkəzində saxlanılacağını bildirib. Rayon rəhbəri çıxışı zamanı gənclərimizin şahmata olan marağından, ölkəmizdə idmanın bu növünə göstərilən diqqətdən, şahmatçılarımızın beynəlxalq yarışlardakı uğurlarından və Azərbaycanın dünyada qabaqcıl şahmat ölkəsi kimi tanınmasından söhbət açıb.

Yarışda çıxış edənlər idmanın bütün növlərinə, o cümlədən şahmatçılara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yarışın sonunda qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıb.

 

Keçidlər