Şəhidlərimiz ziyarət olunub
23 avqust 2023-cü il tarixdə 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində Respublikamızın ərazi bütövlüyü uğunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi yad olunmuş, abidələri önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Xatırladaq ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 04 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunu erməni işğalçılarından azad edərək iyirmi yeddi illik yurd həsrətinə son qoydu.
Bununla da bütün cəbrayıllılar üçün acı xatirəyə çevrilmiş “23 avqust 1993-cü il” tarixə çevrildi və böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Cəbrayıl rayonunun işgalından 30 il ötmür.