Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Süleymanov Abdulla Telman oğlunun şəhadətə yüksəlməsindən bir il ötür

30 noyabr 2022 | 11:59

    Bu gün Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, pilot, Vətən müharibəsinin iştirakçısı Süleymanov Abdulla Telman oğlunun şəhadətə ucalmasından 1 il keçir. Bu münasibətlə 2-ci Fəxri Xiyabanda Şəhidimizin xatirəsinə anım tədbiri keçirilib.
    Tədbirdə şəhidin ailə üzvləri, doğmaları, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP fəalları, Akademik M.Mehdizadə adına məktəbin şəhidin adını daşıyan sinfinin şagirdləri, müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
     Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər.
     Allah rəhmət eləsin.

Keçidlər