Şəhid Qəhrəmanov Ruhin Əşrəf oğlunun doğum günü qeyd olunub
10 oktyabr 2025 | 16:54
Bu gün Cəbrayıl rayonun Xudaverdili kəndindən olan aprel şəhidi Qəhrəmanov Ruhin Əşrəf oğlunun doğum günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl RİH-i başçısının müavinləri Tapdıq Nəsirov, Fəridə xanım İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, aparatın məsul əməkdaşları, YAP fəalları, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin nümayəndələri, ailə üzvləri, şəhid ailələri, dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Allah rəhmət eləsin.






