Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid, Leytenant Hümbətov Ravil Mübariz oğlunun şəhidlik zirvəsinə ucalmasından qırx gün ötür

24 oktyabr 2022 | 10:11

12 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcərdə şəhidlik zirvəsinə ucalmış, Leytenant Hümbətov Ravil Mübariz oğlunun 40 mərasimi ilə əlaqədar, 2-ci fəxri xiyabanda məzarı ziyarət olunub. Ziyarətdə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçı Kamal Həsənov, Yasamal rayon İcra Hakimiyyətinin Başçı Elşad Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl və Yasamal rayon təşkilatlarının sədrləri Arif Fərzəliyev, Bəxtiyar Nəbiyev, hər iki icra hakimiyyətinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri, şəhidin xatirəsini dərin ehtiramla anıb, məzarına əklillər, gül, çiçək dəstələri düzüblər.

Allah cəmi şəhidlərə rəhmət eləsin!

Keçidlər