Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Ruslan Vəli oğlunun doğum günü münasibətilə məzarı və xatirəsinə ucaldılmış bulaq - abidə kompleksi ziyarət olunub

12 may 2023 | 10:05

     Tədbirdə Cəbrayıl və Beyləqan rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, müəllim və şagirdlər iştirak edərək xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstləri düzüblər.

     Hüseynov Ruslan Vəli oğlu 1988-ci il may ayının 10-da Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. 2006-cı ildə Bahar qəsəbəsindəki orta məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vuran Ruslan 2013-cü ildə hərbi vəzifəsini davam etdirmək üçün kursa qəbul olunub. Kursu uğurla başa vuraraq 2014-cü ildə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Xidməti dövründə fəxri fərman və mükafatlara layiq görülmüşdür. 2016-cı ildə aprel döyüşlərinin ən fəal iştirakçısı olmuş, öndə gedən kəşfiyyatçı kimi öz missiyasını şərəflə yerinə yetirmişdir. Azərbaycan ordusunun kiçik çavuşu olan Ruslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Qubadlının işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. Ruslan Hüseynov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızıbazar istiqamətində gedən döyüşlərdə şəhid olub. Beyləqan rayonu, Bahar qəsəbəsində dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər