Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hümbətov Ravil Mübariz oğlunun şəhadətə yüksəlməsindən bir il ötür

13 sentyabr 2023 | 16:11

   13 sentyabr 2023-cü il tarixdə 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuş, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi iştirakçısı, müddətdən artıq hərbi qulluqçu Hümbətov Ravil Mübariz oğlunun şəhadətə ucalmasından bir il ötür. Bu münasibətlə 2-ci Fəxri Xiyabanda Şəhidimizin xatirəsinə anım tədbiri keçirilib.
   Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP fəalları, şəhidin ailə üzvləri, doğmaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər.

Keçidlər