Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid, hərbi həkim, baş leytenant Allahverdili Hikmət Əsəd oğlunun yubiley tədbiri keçirilib

17 yanvar 2026 | 11:49

    16 yanvar 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Bakı şəhəri 12 saylı Peşə liseyinin akt zalında Birinci Qarabağ müharibəsi şəhidi, hərbi həkim, baş leytenant Allahverdili Hikmət Əsəd oğlunun anadan olmasının 61 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
    Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, rayonun tanınmış ziyalıları, ağsaqqallar, şəhid ailələri, qazilər, veteranlar, şəhid Allahverdili Hikmət Əsəd oğlunun ailə üzvləri və yaxınları iştirak ediblər.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin, şəhid Hikmət Allahverdilinin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev və digərləri çıxış edərək şəhid, hərbi həkim, baş leytenant Allahverdili Hikmət Əsəd oğlunun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan geniş söhbət açıblar. Vurğulanıb ki, Allahverdili Hikmət həm peşəkar hərbi həkim, həm də yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər bir zabit kimi döyüş meydanında yaralı döyüşçülərin həyatını xilas etmək üçün son ana qədər fədakarlıq göstərib. Onun göstərdiyi şücaət, insan həyatına verdiyi dəyər və Vətənə sədaqəti bu gün hər birimiz üçün nümunədir. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, onların qəhrəmanlığı gənc nəsillərə örnək olaraq yaşadılacaqdır.
    Tədbir zamanı şəhidimizin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənova minnətdarlığını bildirdilər.
    Tədbir Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompazisiya ilə davam etdirilib.

Keçidlər