Şəhid hərbçimiz təltif olunub
17 avqust 2026 | 17:32
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan, Leytenant Süleymanov Abdulla Telman oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Allah Şəhidlərimizə rəhmət eləsin.






