Şəhid əsgər Şahverdiyev Böyükağa Savalan oğlunun şəhadətə yüksəlməsindən 5 il ötür
Bu gün Cəbrayıl rayonun Çaxırlı kəndindən olan Vətən müharibəsi şəhidi əsgər Şahverdiyev Böyükağa Savalan oğlunun şəhadətə yüksəlməsindən 5 il ötür. Bu münasibətlə 3 saylı Cəbrayıl qəsəbəsi ərazisində salınmış "Şəhidlər Xiyabanı"nda şəhidimizin əziz xatirəsinə anım tədbiri keçirilib. Tədbirdə Cəbrayıl RİH-i başçısının müavinləri Tapdıq Nəsirov, Fəridə xanım İbayevə, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidimizin vaxtilə ali təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri, YAP fəalları, şəhid ailələri, ailə üzvləri, dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Allah rəhmət eləsin.






