Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elxan Hüseynovun xatirəsi yad edilib

13 dekabr 2023 | 16:09

    13 dekabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində  qəhrəmancasına şəhid olmuş baş kəşfiyyatçı, 3-cü dərəcəli “Rəşadət” ordenli Hüseynov Elxan Maarif oğlunun anım günü münasibəti ilə 3 saylı qəsəbədə yerləşən “Şəhidlər məzarlığı”nda anım tədbiri keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, YAP fəalları, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar tərəfindən şəhidin məzarı ziyarət olunub, gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

 

Keçidlər