Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub

05 aprel 2024 | 16:41

    4 aprel 2024-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı və rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Xudafərin şadlıq sarayında Bakı şəhərində məskunlaşmış şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, “Xudafərin” şadlıq sarayının rəhbəri Səyəvuş Əsgərov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna yasin surəsi ithaf olunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.
    Çıxış edənlər dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində belə iftar süfrələrinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.
    Tədbir incəsənət xadimlərinin konsert proqramı ilə davam etdirilib.

 

 

Keçidlər