Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilər üçün bayram şənliyi təşkil olunmuşdur

30 dekabr 2022 | 10:20

    31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Cəbrayıl rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı və Cəbrayıl rayon Ağsaqqallar Şurasının təşkilatçılığı, "Xudafərin"şadlıq sarayları komplekslərinin rəhbəri, rayon Ağsaqqallar Şurasının Fəxri sədri Siyavuş Əsgərovun təşəbbüsü və maddi dəstəyilə "Xudafərin" şadlıq sarayında şəhid ailələri və qazilər üçün bayram şənliyi təşkil olunmuşdur. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səslənib.YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev giriş nitqi ilə çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı bildirib və bayramlarını təbrik edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək bütün qonaqları salamlayıb və bayramlarını təbrik edib. Sonra Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov və "Xudafərin" şadlıq sarayları komplekslərinin rəhbəri Siyavuş Əsgərov çıxış ediblər. Siyavuş Əsgərov öz çıxışında YAP Cəbrayıl rayon təşkilatına, rayon Ağsaqqallar Şurasına və rayon İcra Hakimiyyətinə, şəhid ailələri və qazilərin tədbirdə iştirakını təşkil edərək onun təşəbbüsünə dəstək olduqları üçün təşəkkür etdi. Çıxışların davamında AZQMƏVŞAİB Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, Qarabağ Qaziləri İctimai Birliyinin Cəbrayıl rayon filialının sədri İxtiyar Hüseynov, Azərbaycan Vətən Müharibə Veteranları İctimai Birliyi Cəbrayıl rayon Filialının sədri Rasim Paşayev, şəhid xanımı Pərvanə Kəlbalıyeva və digər şəxslər çıxış etdilər. Tədbir İncəsənət xadimlərinin çıxışları ilə davam edib.

Keçidlər