Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” və Novruz bayramının gəlişi ilə əlaqədar ümumrayon iməciliyi keçirilib

10 mart 2026 | 15:47

    Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Novruz bayramının gəlişi münasibətilə 10 mart 2026-cı il tarixdə Cəbrayıl qəsəbələrində genişmiqyaslı ağacəkmə, sanitar-təmizlik aksiyası keçirilib.
    Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ətraf mühitin qorunması məqsədilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimiyyət nümayəndələri fəal iştirak ediblər.
    Aksiya çərçivəsində Bəhrəmtəpə-Biləsuvar magistralından 3 saylı qəsəbəyə giriş və qəsəbələri birləşdirən asfalt örtüklü yolun kənarlarında, 4 saylı qəsəbədə yerləşən Heydər Əliyev parkında, idarə və müəssisələrin həyətlərində, eləcə də digər ictimai yerlərdə müxtəlif növ ağaclar, dekorativ və mövsümi bəzək gülləri əkilmişdir. Bununla yanaşı mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilmiş, ağacların gövdə ətrafı yumşaldılaraq ağardılmış, ətrafdakı məişət tullantıları təmizlənərək poliqonlara daşınmışdır.
    Aparılan sanitar-təmizlik tədbirləri qəsəbələr ərazilərində ekoloji tarazlığın qorunmasına, ictimai məkanların daha da səliqəli və baxımlı vəziyyətə gətirilməsinə, həmçinin sakinlər üçün sağlam və rahat yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
    Qəsəbə sakinlərinin də iştrakı ilə keçirilən sanitar-təmizlik və yaşıllaşdırma işlərinin Novruz bayramına qədər davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər