“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təmizlik aksiyası keçirilib
14 avqust 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təmizlik aksiyası keçirilib. Aksiyada rayon İcra Hakimiyyəti başçısı aparatının, Gənclər və İdman sektorunun məsul əməkdaşları, könüllülər, yeniyetmə və gənclər iştirak ediblər.
4 saylı Cəbrayıl qəsəbəsində və “Şəhidlər” Abidə Kompeksində keçirilən təmizlik aksiyasında ərazidə və yol kənarlarında təmizlik işləri aparılıb, ərazilər məişət tullantılarından, alaq otlarından təmizlənib, səiqə-sahman yaradılıb.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, ərazilərin təmizlənməsi, səiqə-sahman yaradılması istiqamətində işlər davam edəcək.






