Şəhərsalma və Memarlıq ili çərçivəsində tədbirlər davam etdirilir
Şəhərsalma və Memarlıq ili çərçivəsində Novruz bayramının gəlişi münasibətilə Cəbrayıl qəsəbələrində 10 mart tarixindən başladılmış sanitar -təmizlik və ağacəkmə aksiyası davam etdirilir.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada Kommunal Müəssisələr Kombinatının, digər idarə müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edir.
Tədbirlər çərçivəsində 4 saylı qəsəbədə yerləşən Heydər Əliyev parkında, eləcədə Bəhrəmtəpə–Biləsuvar magistral yolunun qəsəbələrə giriş hissələrində və qəsəbələr arası asfalt yolun kənarlarında müxtəlif növ həmişəyaşıl ağaclar, dekorativ kollar əkilmişdir. Həmçinin parkda və yolkənarı ərazilərdə mövcud ağac və yaşıllıq sahələrinə qulluq göstərilmiş, ərazilər tullantılarından təmizlənmiş, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində müxtəlif abadlaşdırma işləri aparılmışdır.
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar olaraq qəsəbələrdə bu kimi tədbirlər bundan sonra da davam etdiriləcəkdir.






