Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında səyyar görüş-qəbul keçirilib

06 fevral 2026 | 16:15

06 fevral 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra Hakimiyyətinin qərargahında sakinlərlə səyyar görüş-qəbul keçirib. İcra Hakimiyyətinin məsul əməkdaşları və ərazidə yaşayan rayon sakinlərinin iştirak etdiyi tədbirdə rayon rəhbəri ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi həll olunub, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər