Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat yarışı keçirilmişdir

07 may 2022 | 13:27

    Cəbrayıl rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin qrupları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idmanın Şahmat növü üzrə turnir keçirilmişdir. 31 qrup 356 şagird arasında  keçirilən yarışda H.Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbin 5-ci sinif şagirdi Alışzadə Adəm Qulu oğlu, 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Hüsüyev Murad Elçin oğlu 1-ci yerə, H.Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbin 5-ci sinif şagirdi Misirzadə Nadir Xəyyam oğlu,  İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin 5-ci sinif şagirdi Məmmədov Xəyal Elçin oğlu  2-ci yerə, H.Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbin 6-cı sinif şagirdi Babayev Ceyhun İmran oğlu, İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin 1-ci sinif şagirdi Mehdiyev Elvin Eldəniz oğlu 3-cü yerə layiq görülmüşlər.

     Qaliblər kubok, hədiyyə və Fəxri Fərmanla təltif olunmuşlar.

Keçidlər