Şahmat üzrə Cəbrayıl rayon birinciliyi keçirilib
09 iyul 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Cəbrayıl rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında şahmat üzrə rayon birinciliyi keçirilib.
Rayonda şahmatı inkişaf və təbliğ etmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini möhkəmləndirmək, eyni zamanda perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən birincilikdə 16 şahmatçı mübarizə aparıb. Gərgin və maraqlı yarışda Eldəniz Mehdiyev daha yaxşı oyun nümayiş etdirərək birinci, Mehralı Məmmədov ikinci, Dünyamin Əhmədli isə üçüncü yerə layiq görülüblər. Qaliblər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin və sponsor qismində iştrak edən “A-Sport” MMC-nin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.
Yarış qaliblərini tədbirk edir və uğurlar arzulayırıq.






