Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunun Güdəcühür qəsəbəsində məskunlaşan, Cəbrayıllı məcburi köçkünlərlə səyyar qəbul keçirildi

20 may 2022 | 09:32

    19 may 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Sabirabad rayonu, Güdəcühür köçkün qəsəbəsində məskunlaşan, Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirib. Qəbulda RİHB aparatının məsul işçiləri və rayon sakinləri iştirak ediblər.
    İcra Hakimiyyətinin başçısı Kamal Həsənov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açdı. Rayon rəhbəri işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işlərindən də söhbət açaraq, əhalimizin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını bildirdi.
    Sonra icra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verdi.
    Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər