Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində məskunlaşan Cəbrayıllı məcburi köçkünlərlə səyyar qəbul keçirildi

09 iyul 2022 | 09:28

   Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhalinin problemlərinin həlli məqsədi ilə 08 iyul 2022-ci il tarixdə Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində məskunlaşan Cəbrayıllı məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Aparatın məsul əməkdaşları və rayon sakinlərinin iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Kamal Həsənov görüş iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan quruculuq-abadlıq işlərindən, həyata keçirilən sosialyönümlü islahatlardan, iqtisadi sahədə əldə olunan uğurlardan danışmışdır.
   İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar vermiş, təklif və müraciətlərinin bir qismi yerindəcə həll olunmuş, digərləri barədə müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti təşkilatlara ünvanlanmışdır.
   Tədbirdə çıxış edən rayon sakinləri işğaldan azad olunmuş ərazilərdə eləcədə ölkədə görülmüş böyük quruculuq işlərinə, və məcburi köçkünlərə daima göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər