Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonu, Güdəcühür köçkün şəhərciyində səyyar görüş-qəbul keçirilib

07 dekabr 2024 | 09:47

    06 dekabr 2024-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Sabirabad rayonu, Güdəcühür köçkün şəhərciyində məskunlaşan rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    İcra başçısı cənab Prezident İlham Əliyevin ölkəmizin xarici və daxili siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Rayon rəhbəri ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunauyğun qaydada həll etməkdən ibarətdir.
    Səyyar qəbulda sakinlərin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində rayon rəhbəri tərəfindən müvafiq tapşırıqlar verilib.

Keçidlər