Sabirabad rayonu, Güdəcühür köçkün qəsəbəsində səyyar görüş-qəbul keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 22 may 2026-cı il tarixdə Sabirabad rayonu, Güdəcühür köçkün qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirərək, müraciətlərini dinləyib. İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və qəsəbə sakinlərinin iştirak etdiyi tədbirdə İcra başçısı “Şəhərsalma və Memarlıq İli” ili çərçivəsində Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumundan (WUF13), ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Respublika Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən, aparılan bərpa-quruculuq işlərindən, əhalinin rayonun Şükürbəyli kəndinə köçürülməsindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.






