Şriftin ölçüsü :

Saytın rəngi :

Sabir Əhmədlinin vəfatından 16 il ötür

18 aprel 2025 | 09:50

17 aprel 2025-ci il tarixdə nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, şəhid atası Əhmədli Sabir Məhəmməd oğlunun anım günüdür,  vəfatından 16 il ötür.

Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da  Cəbrayıl rayonunun  Cəbrayıl kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. Ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərləri və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s.  kitabları ədəbi ictimaiyyət tərəfindən həmişə maraqla qarşılanıb.

Xalq yazıçısı nəsrimizə yeni ab-hava gətirib, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib.

Görkəmli yazıçının ədəbiyyatımız qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib,  Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları ilə  təltif olunub.

Sabir Əhmədlinin işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Keçidlər