Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Nərimankənd köçkün qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilib

24 iyun 2023 | 11:19

Cəbrayıl Rayon İcra Hakimiyyətinin  başçısı Kamal Həsənov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə 23 iyun 2023-cü il tarixdə Saatlı rayonu Nərimankənd köçkün qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirib.

Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatının məsul işçiləri və rayon sakinləri iştirak ediblər.

İcra başçısı  əvvəlcə  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülən  işlər barədə rayon sakinlərinə ətraflı  məlumat verib. Bildirilib ki,  regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Rayonda keçirilən istər səyyar qəbullarda, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən işlər bundan sonra da davamlı olacaqdır.

Daha sonra sakinlərin  təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər  araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi  səyyar qəbulu razılıqla qarşılayan rayon sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər