Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində səyyar görüş-qəbul keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 21 noyabr 2024-cü il tarixdə Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində fəaliyyət göstərən Tatar kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirərək, müraciətlərini dinləyib. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon vətəndaşlarının iştirak etdiyi tədbirdə İcra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Respublika Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən, aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən, Azərbaycanın hazırda ev sahibliyi etdiyi beynəlxalq tədbir olan COP29-un dövlətimiz üçün əhəmiyyətindən ətraflı danışıb.
Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.