"Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlimlər davam edir
24-28 fevral 2025-ci il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA Agentliyinin birgə dəstəyi ilə Saatlı rayon Əlisoltanlı və Nərimankənd köçkün qəsəbələrində məskunlaşmış keçmiş məcburi köçkün ailələri üçün "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib.
Təlim çərçivəsində AzQAC-ın Cəbrayıl rayon bölməsinin könüllülərindən ibarət heyət köçkün qəsəbələrində məskunlaşan sakinlərin yaşadıqları mənzillərdə, ümumtəhsil məktəblərində olub, onlara zəruri məlumatlar verib, suallarını cavablandırıblar. Eyni zamanda qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə də əhaliyə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb.