Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Fənn Olimpiadalarının final turunda medal qazanmış məktəblilərimiz

13 may 2024 | 10:28
    29 aprel - 9 may 2024-cü il tarixlərdə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdlərin aşkar edilməsi məqsədilə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib. Olimpiadaların final turunda rayonumuzun ümumtəhsil məktəblərinin 7 şagirdi qızıl, gümüş və bürünc medallar qazanaraq uğur əldə ediblər. 
     Tatar kənd tam orta məktəbin  XI sinif şagirdi Əliyeva Alimə Bayram qızı tarix fənni üzrə qızıl, həmin məktəbin IX sinif şagirdi Fətəliyev Cavid Xəqani oğlu tarix fənni üzrə gümüş, akad. Ə.Hüseynov adına tam orta məktəbin XI sinif şagirdi Atayev Fuad Ramil oğlu riyaziyyat fənni üzrə gümüş,  Tatar kənd tam orta məktəbin  X sinif şagirdi Baxşəliyeva Aytac Şahin qızı tarix fənni üzrə bürünc, İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin IX sinif şagirdi Gülməmmədov Cavid Fəqan oğlu tarix fənni üzrə bürünc, K.Məmmədov adına B.Mərcanlı kənd tam orta məktəbin IX sinif şagirdi Hacızadə Fərid İsmayıl oğlu riyaziyyat fənni üzrə bürünc, 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Abasquluyev Elvin Qurban oğlu tarix fənni üzrə bürünc medala layiq görülüblər. 
     Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq.
 
 
Keçidlər