Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal icra hakimiyyəti portalı

25 yanvar 2023 | 15:15

   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Rəqəmsal icra hakimiyyəti” portalının (rih.gov.az) istifadəyə verilməsində əsas məqsəd yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, habelə vətəndaşlara icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət etmək və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaratmaqdır. Bütün bunlar vətəndaş və icra hakimiyyəti arasında mövcud olan qarşılıqlı münasibətlərdə keyfiyyətin, çevikliyin, şəffaflığın artırılmasına nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət göstərəcəkdir.
   Hazırda vətəndaşlara portalda olan 3 istiqamət üzərindən elektron xidmətlər təklif olunmaqdadır.
   Bunlar aşağıdakılardır:
   1. Vətəndaş qəbulu - Vətəndaş qəbulunun elektron müraciətə keçid
   2. Xidmətlər- İcra hakimiyyəti tərəfindən göstərilən elektron xidmətlərə keçid
   3. E-iştirakçılıq –Yerli icra hakimiyyəti orqanı və vətəndaşlar tərəfindən sorğulara keçid.
   Sonuncu “Məlumatlandırma” bölməsi vasitəsi ilə isə portalın istifadəçiləri yerli icra hakimiyyəti tərəfindən görülmüş işlər haqqında məlumatlar əldə edə bilərlər.
   Bütün yuxarıda qeyd olunan elektronlaşdırılmış xidmətlərdən faydalanmaq üçün, vətəndaş ilk növbədə www.rih.gov.az ünvanına daxil olmalıdır. Daxil olduqdan sonra, sağ üst küncdə yerləşən “Daxil ol” bölməsini sıxaraq www.asanlogin.my.gov.az saytında “İdentifikasiya nömrəsi ilə” yazılan hissədən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Vətəndaş qeydiyyatdan keçdikdən sonra, portalda “Şəxsi kabinetinə” daxil olaraq, təklif olunan istənilən xidmətdən istifadə etmək imkanına malik olacaq. “Asan imza” yaxud “Elektron imzası” olan vətəndaşlarımız yenidən qeydiyyatdan keçmədən onlardan istifadə edərək birbaşa “Şəxsi kabinetlərinə” daxil ola bilmə imkanına malikdirlər.
   Portal vasitəsilə icra hakimiyyətinə daxil olacaq istənilən elektron müraciətin hazırda qüvvədə olan qanunvericiliyin tələbləri istiqamətində cavablandırılması təmin ediləcək.      Portalda qeydiyyatdan keçən vətəndaşlarımızdan istifadəçi və giriş üçün kodlarını məxfi saxlayaraq növbəti istifadələr üçün mühafizə etmələri xahiş olunur. Unutmamaq lazımdır ki, müraciətlərə münasibətdə cavablar vətəndaşın şəxsi kabinetinə göndəriləcək. Odur ki, vətəndaşın vaxtaşırı olaraq şəxsi kabinetinə daxil olub müraciətinə münasibəti yoxlaması vacibdir.

 

 

 

 

Keçidlər