Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə monitorinqlər aparılıb

02 aprel 2024 | 16:51

    29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.6. və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.5.1 bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun əməkdaşlarının iştirakı ilə ümumtəhsil məktəblərində monitorinqlər aparılıb.
    Monitorinqlər zamanı bildirilib ki, uşaqların təhsildən yayınması, baxımsız qalması gələcəkdən onların vətəndaş kimi formalaşmasınıa mənfi təsir göstərir. Ona görə də ümumtəhsil məktəblərində belə monitorinqlərin, görüşlərin, fərdi söhbətlərin aparılması vacib və təqdirəlayiqdir. Vurğulanıb ki, məktəblilərin təhsildən yayınmasına təsir göstərən əsas amillərdən biri valideyn məsuliyyətsizliyidirsə, digər faktor isə uşaqların dərsə davamiyyətinə nəzarətin zəif olmasıdır. Əgər məktəblə valideyn arasında münasibətlər düzgün qurularsa, eyni zamanda vahid tərbiyəvi mühüt formalaşarsa təhsildən yayınma hallarının qarşısı da alınar. Bəzən valideynlər uşağını əmək münasibətlərinə, ev təssərrüfatı işlərinə, erkən nikaha cəlb edirlər. Belə hallara yol verilməməli və birgə mübarizə aparmalıyıq.

 

Keçidlər