Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə görüşlər keçirilib

27 noyabr 2023 | 16:22

    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 24 noyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun əməkdaşlarınin birgə iştirakı ilə rayonun ümumtəhsil məktəblərində təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə görüşlər keçirilib.
    Keçirilmiş görüşlərin əsas məqsədi uşaqları təhsildən yayındırmağa sövq edən halların aradan qaldırılması, nəzarətin gücləndirilməsi, dərsə davamiyyətin təmin olunması və təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasıdır.

 

Keçidlər