Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində 20 yanvar faciəsinin 34-cü ildönümü qeyd olunur

19 yanvar 2024 | 15:37

    Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsindən 34 il ötür. Faciənin ildönümü ilə əlaqədar olaraq rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində faciə ilə əlaqədar olaraq şagirdlərə geniş məlumat verilir, 20 yanvar hadisəsinin xalqımızı azadlığa, müstəqilliyə aparan yolun başlanğıcı olduğu qeyd edilir. Məktəblilərin ifasında şerlər səsləndirilir, ədəbi-bədii kompozisiyalar nümayiş olunur.

Keçidlər