Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Sirik kənd tam orta məktəbi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin builki qaliblərindən biri olub

30 iyul 2022 | 11:10

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki nəticələri açıqlanıb. Müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 130 layihə çoxdur. Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i isə təhsilverənlərin fərdi layihələri olub.
    Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib. Bu isə ötən illə müqayisədə 120 layihə çoxdur. Qrant verilməsi nəzərdə tutulan layihələrin 65-i ümumi təhsil müəssisələrinin, 234-ü isə təhsilverənlərin fərdi layihələridir.
    “Khan Academy ilə gələcəyin adamı ol!” layihəsi ilə Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi də müsabiqədə iştirak edərək VI qrant müsabiqəsinin builki qaliblərindən biri olub.
     Qazandıqları naliyyətlərə görə Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbinin kollektivini təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.

     Cəbrayıl Rayon İcra Hakimiyyəti

Keçidlər