Rayon rəhbəri Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində səyyar görüş-qəbul keçirib
21 iyun 2024-cü il tarixdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, İcra Hakimiyyətinin təsdiq olunmuş səyyar qəbul qrafikinə uyğun olaraq rayon rəhbəri Kamal Həsənov səyyar qəbul-görüş keçirib. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrdən, o cümlədən işğaldan azad olunmuş Cəbrayıl şəhərində gedən bərpa-quruculuq işlərindən geniş söhbət açıb.
Daha sonra rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.
Sakinlər qaçqın və köçkünlərə göstərilən qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.