Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar qəbulu Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fəaliyyət göstərən rayonun 5 saylı tam orta məktəbində keçirib

05 may 2026 | 10:19


          Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl  rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulu 04 may 2026-cı il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Sumqayıt Dövlət Universitetinin köhnə binasında fəaliyyət göstərən rayonun 5 saylı tam orta məktəbində keçirib. Qəbulda İcra Hakimiyyətinin başçısı aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər. Rayon rəhbəri cənab Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən geniş söhbət açıb. Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən  zaman  tələb edən məsələlər isə nəzarətə götürülüb.

Keçidlər