Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar qəbulu Saatlı rayonu, Nərimankənd köçkün qəsəbəsində keçirib

21 fevral 2024 | 09:06

    Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulu 20 fevral 2024-cü il tarixdə Saatlı rayonu, Nərimankənd köçkün qəsəbəsində fəaliyyət göstərən rayonun 2 saylı tam orta məktəbində keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Rayon rəhbəri cənab Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən geniş söhbət açıb. Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

Keçidlər