Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar qəbulu Bakı şəhərində yerləşən İcra Hakimiyyətinin Qərargahında keçirdi

11 aprel 2023 | 10:57

    Aprel ayının 10-da Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov səyyar görüş-qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında keçirib. Səyyar görüşdə İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov, RİH başçısı aparatının məsul əməkdaşları, rayon sakinləri iştirak ediblər.
   Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək keçirilən səyyar görüşlərin əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə keçirildiyinə xidmət etdiyini və bunun təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. O, həlli mümkün olan mövcud məsələlərin operativ şəkildə yerindəcə həll edildiyini, zərurət yarandığı halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını sakinlərin diqqətinə çatdırıb. RİH başçısı Prezident cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
   Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı təşkilatlara müraciət edilməsi nəzərdə tutulub.
   Görüşdə çıxış edən sakinlər işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər