Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar görüş-qəbulu Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində keçirib

19 fevral 2026 | 17:09

Təsdiq olunmuş səyyar qəbul qrafikinə əsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 19 fevral 2026-cı il tarixdə Sabirabad rayonunda yerləşən Şəhriyar köçkün qəsəbəsində səyyar görüş-qəbul keçirib. Aparatın məsul əməkdaşlarının və ərazidə məskunlaşan rayon sakinlərinin iştirak etdiyi görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən söhbət açılıb. Rayon rəhbəri  qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Vaxt tələb edən məsələlərlə bağlı müraciətlər qeydiyyata götürülərək, müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



Keçidlər